Ekonomiks 15:01 21.08.2013

Azərbaycanda yeni zavod tikiləcək

"Baku Steel Company" MMC ilə Almaniyanın "Siemens VAI" şirkəti arasında Hövsan limanında yeni metallurgiya zavodunun tikilməsi ilə əlaqədar müqavilə imzalanıb.

Trend-in məlumatına görə, bu barədə müəssisənin rəhbəri Rasim Məmmədovun çərşənbə günü "Xalq Qəzeti"ndə dərc olunan müsahibəsində bildirilir.

Məqalədə bildirilir ki, dəyəri 100 milyon avro olan müqavilənin şərtlərinə görə, dünyanın ən qabaqcıl texnologiyalarına əsasən tikiləcək zavodda fasiləsiz tökmə maşınından istifadə ilə illik istehsal gücünün 750 min tona çatdırılması nəzərdə tutulur. Hövsan Metallurgiya Zavodunda 130 mm - 260 mm ölçülü kvadrat pəstahlarının, eləcə də gələcəkdə "Azərboru" ASC-də xammal kimi istifadə olunacaq, diametri 110 - 350 mm olan boru pəstəhlarının istehsalı planlaşdırlır.

Məmmədovun sözlərinə görə, zavodun istismara verilməsi mindən çox iş yerinin açılmasına imkan verəcək.

Qaynar.info