Ölkə 00:15 20.10.2013

Bakı metrosunda həyəcanlı anlar - VİDEO

Metronun Elmlər Akademiyası stansiyasında yaranmış təşvişə səbəb qısa qapanma olub. 

Metro işçilərinin anspress-ə verdiyi məlumata görə, qatar platformaya daxil olan zaman qısa qapanma yaranıb və tüstülənməyə başlayıb. Qısa qapanma nəticəsində işıqlardan bir neçəsi partlayıb. Tüstü və partlayış səsləri sərnişinləri vahiməyə salıb və panikaya düşüblər. 

Hazırda nasazlıq aradan qaldırılıb və qatar depoya göndərilib. Metro öz fəaliyyətini normal şəkildə davam etdirir.

Bu dəqiqələrdə metronun Elmlər Akademiyası stansiyasında problem yaranıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Həzi Aslanovdan Dərnəgül stansiyası istiqamətində hərəkət edən qatar tuneldə tüstülənməyə başlayıb. Sərnişinlər bundan bərk qorxuya düşərək vaqonların qapılarını, pencərələrini döyəcləməyə başlayıblar. Qapılar tunelin ortasında açılıb və camaat həyacanlı şəkildə platformaya qaçıblar. 

Baş verənlərdən qorxuya düşənlər arasında həyacandan yıxılanlar da olub. Metro hazırda fəaliyyətini dayandırıb.

 

Qaynar.info