Dünya 16:50 07.03.2013

Berluskoni həbs edildi

Məhkəmə ona həm də 80 min avro cərimə kəsib

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni həbs edildi. Ans Press-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Milan şəhər məhkəməsi Silvio Berluskonini BNL bankının (Banca Nazionale del Lavoro) "Unipol" sığorta qrupunun uğursuz əldə edilməsi işi üzrə 1 il həbs cəzasına məhkum edib. Berluskoninin məxfi informasiyanın açılmasında iştirakı təsdiqlənib.

Bundan əlavə onun kiçik qardaşı Paolo Berluskoni 2 il 3 ay azadlıqdan məhrum edilib. Məhkəmənin qərarına görə, Silvio Berluskoni və qardaşı keçmiş nazir Piero Fassinoya 80 min avro ödəməlidirlər. Onun əlavə olaraq 10 min avro məhkəmə xərci ödəməli olduğu da bildirilir.

Qaynar.info