İdman 10:16 08.04.2014

"Çelsi" PSJ-yə, "Borussiya" "Real"a qarşı

Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarına start veriləcək.

İlk oyun gününə iki qarşılaşma nəzərdə tutulub.London "Çelsi" klubu Fransanın PSJ klubunu qəbul edəcək. İlk görüşdə səfərdə PSJ-yə 1:3 hesabı ilə uduzan London təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. 

Günün digər qarşılaşması isə Dortmundda baş tutacaq. Burada yerli "Borussiya" klubu Madrid "Real"ı ilə qarşılaşacaq. Madrid təmsilçisi ilk görüşdə 3:0 hesabı ilə qələbə qazandığından bu oyuna bir qədər rahat çıxacaq.

Qeyd edək ki, 1/4 finalın cavab oyunlarına sabah axşam keçiriləcək iki oyunla yekun vurulacaq.

8 aprel

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

23:45. "Çelsi" (İngiltərə) - "PSJ (Fransa) (İlk oyun - 1:3)

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Real" (Madrid, İspaniya) (İlk oyun - 0:3)

Qaynar.info