İdman 15:45 22.02.2014

AFFA klubları cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynar.info-nun PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın son turunda baş verən hadisələrlə bağlı aşağıdakı qərarları qəbul edib:

Topaz Premyer Liqasının XXII turunun “Rəvan” – “Qarabağ” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XXII turunun “Xəzər Lənkəran” – “Bakı” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Oyunun 79-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün kluba 2000 manat cəza kəsilib.

Topaz Premyer Liqasının XXII turunun “Simurq” – “Sumqayıt” matçının 32-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Qaynar.info