İdman 14:12 13.02.2014

Millimiz FİFA reytinqində irəlilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qaynar.info qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi bir pillə irəliləyib. Fevral ayında heç bir matç oynamayan Berti Foqtsun komandası 372 xalla 93-cü pillədə qərarlaşıb. Türkiyə yığması isə 2 pillə geriləyərək 45-ci pilləyə düşüb.

Qeyd edək ki, siyahıya yenə də İspaniya millisi başçılıq edir. Almaniya yığması mövqeyini qoruyaraq ikinci, Argentina isə üçüncüdür.

Qaynar.info