İdman 18:29 25.08.2013

Messi haqqında şok iddia

"Barselona" klubunun argentinalı forvardı Lionel Messinin son vaxtlar tez-tez zədələnməsi bir sıra iddiaların ortaya çıxmasına səbəb olub. 

"Atletiko" Madridlə Superkubok uğrunda ilk oyunda zədələnən Messinin sahədə olduğu müddətdə tez-tez yanını ovxalaması nəzərdən qaçmayıb. Həmin oyunda Sesk Fabreqasla əvəzlənən futbolçu "Barselona" və Argentina millisinin formasında sahəyə çıxdığı son 25 oyunun yalnız birində 90 dəqiqə oynaya bilib. 

"Barselona"dan verilən açıqlamada Messinin sol ikibaşlı bud əzələsinin vətərində çürümə olduğu deyilir. Həkimlər Son oyunda aldığı zədədən ağrıları daha da artan Messinin sağlamlıq vəziyyətindən ümidli deyillər. 

Onun vəziyyətinin kariyerasına ciddi zərbə vura biləcəyi istisna edilmir.(anspress)