Xəbər lenti

Xalq artistinin vəziyyəti pisləşdi: reanimasiyaya yerləşdirildi
Sənət 09:47 04.10.2017

Xalq artistinin vəziyyəti pisləşdi: reanimasiyaya yerləşdirildi

“Rafiq müəllim senytabrın 21-dən Bakıdadır. Təyyarədən düşən kimi xəstəxanaya apardıq. Bir-iki gün normal oldu. Sonra səhhətində yenidən problemlər yarandı. Özündən getdi. Qorxdular ki, koma vəziyyətinə düşə bilər. Amma çox sağ olsunlar, Neftçilər Xəstəxanasındakı həkimlərin və Mehriban Əliyevanın göstərdiyi kömək sayəsində durumu stabilləşdi. Almaniyadan həkimlər gəlib, yoxladılar”.

"Qaynarinfo" xəbər verir ki, bunu modern.az-a açıqlamasında Xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova bildirib.

Bir neçə ildir ki, onkoloji problemdən əziyyət çəkən diktor bağırsaq və ayaq nayihələrində də problem yaşayır. O, ötən ay Türkiyədə sırf bu problem səbəbindən yenidən əməliyyat olunub.

Hazırda Bakıda olan Xalq artisti yenidən reanimasiyadadır: “Rafiq müəllim hazırda Neftçilər xəstəxanasının reanimasiya şöbəsindədir. Oradan palataya köçürülməsi ilə bağlı həkimlər hələlik bir şey fikirlərşmirlər”.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->