Texnologiya 20:10 27.11.2017

İnsanlığın həyatda qalmaq şansı açıqlandı: 5-10 faiz

Bundan əvvəlki açıqlamalarında süni intellekt nəzəriyyəsinin ancaq mənfi tərəflərini dilə gətirən Elon Mask bu dəfə ümid verici açıqlamalarla gündəmə gəlib.
 
Qaynarinfo xəbər verir ki, "Tesla"nın qurucusu insanın süni intellektə sahib robotlara qarşı həyatda qalmaq şansının 5-10% olduğunu bildirib. 
 
Mark Zukerberqlə münasibətlərinin nə dərəcədə pis olması hər kəsə məlum olan Elon Mask kosmik gəmi və raket istehsalçısı SpaceX şirkəti ilə birlikdə çalışır. Məqsədi kosmik daşımada və normal həyatda səs sürətinə yaxın "Hyperloop” daşıma sistemini qura bilməkdir. Ancaq süni intellektə "rəqibi” Zukerberq qədər güvənmir. Hətta süni intellektlə bağlı insanlara daim xəbərdarlıq edir. 
 
Elon Mask ötən aylarda insanlara "robotların gələcəkdə insanları idarə etmələri” ilə bağlı xəbərdarlıq etmiş və bunun qarşısını almaq üçün çalışdığını bildirmişdi.
 
Onun təklifi isə belədir: insanlar da süni intellektdəki kimi beyin quruluşuna malik olsun. Bəs bu necə olacaq? Ona da cavab var: İnsanların beynindəki süni sinir ucları ilə komputer və bu kimi elektronik cihazları idarə edə biləcək bir texnologiya yaratmaq. 
 
Maskın iddiasına görə, şirkət 4 il ərzində hədəfinə çatacaq. Bildirib ki, bu texnologiya həyatımıza girərsə, bir çox xəstəliklərin də çarəsi tapılacaq. Xüsusilə, beyin şişləri və s. kimi xəstəliklər problem yaratmayacaq. 
 
Nərmin Həsənli