Ölkə 18:21 27.12.2017

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rafael Sergeyeviç Qvaladzeni "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.

Rafael Qvaladze 1 yanvar 1948-ci ildə Gürcüstan Respublikasının Laqodexi şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1971-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsində başlayıb. Həmin ildən 1985-ci ilədək Azərbaycan Respublikasının Ali Məhkəməsində baş məsləhətçi, şöbə rəisi vəzifələrində çalışıb. 1985-ci ildən 1990-cı ilə qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləyib. 1990-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikasının prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 1992-ci ildən 1998-ci ilədək Ali Məhkəmədə şöbə rəisi vəzifəsində işləyib.

14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 

Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasınnın hüquq və məhkəmə sisteminin islahatı işçi qrupunun üzvüdür. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır. Ailəlidir, iki övladı var.