Sağlamlıq 16:05 05.02.2019

2018-ci ildə 10 milyon insan xərçəngdən ölüb

2018-ci ildə dünyada 9 milyon 600 min insan xərçəngdən ölüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Həmin dövrdə ümumilikdə 18,1 milyon şəxsə xərçəng diaqnozu qoyulub. Ölümlərin 70%-i kasıb ölkələrdə qeydə alınıb. 

Xərçəngə ən çox səbəb olan faktorlar siqaret və içkidir. Bu xəstəlik səbəbilə baş verən ölümlərin 22%-i tütün məmulatları ilə əlaqədardır. Hesabatda bildirilir ki, 1,76 milyon insan ağciyər, 783 min nəfər mədə, 782 min qaraciyər, 627 min nəfər isə süd vəzisi xərçəngindən ölüb. Ötən il 300 min azyaşlıya xərçəng diaqnozu qoyulub.

Gülşən