Ölkə 12:19 15.12.2017

2018-ci ildə Bakıda yeni metro stansiyaları açılacaq? (AÇIQLAMA)

İstanbulda ilk dəfə olaraq maşinistsiz idarə olunan metro qatarları işə düşür. 

Qaynarinfo xəbər verir ki, sözügedən qatarlar dekabrın 15-də xəttə buraxılacaq. Bəs Azərbaycanda necə, yaxın gələcəkdə belə qatarları görmək mümkün olacaq?
 
Bununla bağlı sualımızı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevə ünvanladıq:

"Azərbaycanda belə qatarların xətdə buraxılması yaxın zamanlar üçün gözlənilmir".
 
Bakı Metropoliteninin yeni stansiyaları tikilir. 2018-ci ildə onlardan hansının açılışı gözlənilir? Qurum rəsmisi bununla bağlı konkret tarix açıqlamadı:
 
"Yeni ildə yeni stansiyalarımız açılması, bir sıra yeniliklər gözlənilir. Amma dəqiq heç nə deyə bilmirəm. Bu məsələlər açılışa az vaxt qalmış dəqiqləşir”.
 
Nərmin Həsənli