Dünya 17:00 28.12.2017

2018-ci ildə hansı astroloji hadisələr baş verəcək? - Tarixlər açıqlandı

"Science Alert" dərgisi 2018-ci ildə kosmosda baş verəcək önəmli hadisələri dərc edib.

Qaynarinfo sözügedən hadisələri sizlərə təqdim edir:

Bu il tam günəş tutulması baş verməyəcək, lakin dünyanın müxtəlif yerlərindən görünə biləcək 3 yarım Günəş tutulması və 2 tam Ay tutulması müşahidə ediləcək.

31 yanvar - tam Ay tutulması Avstraliya, Şimali Amerika, Şərqi Asiya və Sakit Okeandan izlənilə biləcək.

15 fevral - yarım Günəş tutulması Antarktida, Çili və Argentinadan görünəcək.

13 iyul - yarım Günəş tutulması Antarktida və Avstraliyanın cənubundan müşahidə ediləcək.

27 iyul - Avropa, Afrika, Mərkəzi və Qərbi Asiya və Qərbi Avstraliyadan tam Ay tutulması görünəcək.

11 avqust - yarım Günəş tutulması Kanadanın şimal-şərqindən, Qrenlandiyadan, Şimali Avropadan və Asiyanın şimal şərqindən izlənilə biləcək.

Meteor yağışı

Hər il bir neçə dəfə meteor yağışları baş verir. Bunlardan ən önəmliləri Perseidlər və Geminidlərdir.

12-13 avqust tarixlərində saatda 60 göy cisminin düşdüyü Perseid meteor yağışını izləyə bilərsiniz.

13-14 dekabr tarixlərində isə saatda 120 göy cisminin düşdüyü Geminid meteor selini izləmək mümükün olacaq.

Kosmoda çəkilən qara dəlik fotoları

Bu ilin aprel ayında çoxlu sayda teleskopun yer aldığı "Event Horizon Telescope" (EHT) işığı belə özünə çəkmə gücünə malik olan qara dəliyin fotolarını çəkib. Qalaktikanın mərkəzində yerləşən super qara dəlik - "Saqittaurus A"un sözügedən fotoları 2018-ci ilin əvvəllərində ictimaiyyətə təqdim olunacaq.

Aya kəşfiyyat turları

2018-ci ildə Ayda da yeni kəşfiyyatlar aparılacaq. Belə ki, Hindistan ilk dəfə olaraq Aya heyət göndərəcək. Çinin "Change 4" və "Change 5" heyətləri də Ayda kəşfiyyat aparacaq. ABŞ-ın Aya yenidən insan göndərəcəyi ilə bağlı da iddialar irəli sürülür. Həmçinin "Google"un Lunar XPrize müsabiqəsini də unutmaq olmaz. Belə ki, texnologiya nəhəngi 30 milyon dollarlıq müsabiqə ilə dünyanın müxtəlif yerlərindən mühəndisləri, sahibkarları və kəşfiyyatçıları aşağı büdcəli robot kosmik kəşf metodlarını inkişaf etdirməyə dəvət edib.