Ekonomiks 19:27 21.01.2018

2018-ci ildə səyahət üçün ən ucuz 10 şəhər (SİYAHI)

Böyük Britaniyanın "Hoppa” şirkəti 2018-ci ildə səyahət üçün ən ucuz şəhərlərin adını açıqlayıb.

Qaynarinfo a24.az-a istinadən xəbər verir ki, siyahıda ilk sırada Ukraynanın paytaxtı Kiyev qərarlaşıb. Şirkətin ekspertləri Kiyevdə bir gün gecələmək, yemək və gəzmək üçün 73 avronun kifayət etdiyini bildiriblər.

Ən ucuz şəhərlərin top 10-luğunu təqdim edirik:

1.Kiyev, Ukrayna – gecəsi 73 avro (152 AZN)
2.Antalya, Türkiyə – 79 avro (165 AZN)
3.Manilla, Filippin – 79 avro (165 AZN)
4.Siemreap, Kamboca – 89 avro (186 AZN)
5.Qahirə, Misir – 89 avro (186 AZN)
6.Buxarest, Rumıniya – 95 avro (198 AZN)
7.Cakarta, İndoneziya – 96 avro (200 AZN)
8.Kuala Lumpur, Malayziya – 99 avro (206 AZN)
9.Sofiya, Bolqarıstan – 99 avro (206 AZN)
10.Hoşimin, Vyetnam – 101 avro (211 AZN)