Ölkə 11:40 29.01.2018

Qarabağda erməni hərbçisi öldü

Düşmən ordusu Dağlıq Qarabağda daha bir itki verib.

Qaynarinfo xəbər verir ki, Azərbaycanın işğal altındakı torpaqlarında Ermənistan silahlı qüvvələrinin 1998-ci il təvəllüdlü hərbçisi Ovsep Qriqoryan müəmmalı şəkildə ölüb.

Onun ölüm səbəbi hələlik dəqiq bilinmir. İlkin ehtimala görə, o, avtomat silahla ehtiyatsız davranması nəticəsində aldığı gülə yarasından hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.