Xəbər lenti

Azərbaycan nefti ucuzlaşdı
Ekonomiks 23:49 31.01.2018

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 30-da 70,3 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,51 dollar/barel azdır.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 30-da 69,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,54 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 30-da 66,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,78 dollar/barel azdır

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 30-da 67,99 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,6 dollar/barel azdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->