Ölkə 14:50 01.02.2018

Nazirdən yeni rəis təyinatı

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsinə təyinat olub.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun müvafiq əmri ilə bu vəzifəyə Azər Süleymanov təyin edilib.

BNX-nın mətbuat katibi Yolçu Xanvəli faktı təsdiqləyib.

Qeyd edək ki, A. Süleymanov 2015-ci ilin sentyabrından DBNX-nın rəisi vəzifəsini icra edirdi.