Ekonomiks 23:22 01.02.2018

Neft yenidən bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 31-də 70,33 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,03 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 31-də 69,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,05 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 31-də 66,1 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,05 dollar/barel çoxdur.