İdman 12:48 04.03.2018

Azərbaycan çempionatının ən bahalı futbolçuları (SİYAHI)

Topaz Premyer Liqasında çıxış edən ən bahalı futbolçular müəyyənləşib. 

Fanat.az "Transfermarkt"ın qiymətləndirməsinə istinadən xəbər verir ki, çempionatımızın ən dəyərli futbolçusu Pedro Enrikedi.

"Qarabağ"ın Yunanıstanın PAOK klubundan icarəyə götürdüyü braziliyalı futbolçuya 3 milyon avro qiymət qoyulub. Onu "Qarabağ"dan komanda yoldaşı və həmyerlisi, milliləşdirilmiş futbolçumuz Riçard Almeyda izləyir - 1,5 milyon avro. 

3-4-cü pillərlərdə də "Qarabağ"ın futbolçuları qərarlaşıb. Belə ki, rəqabətdə İbrahim Şehiçə uduzan ukraynalı qapıçı Anton Kanibolotski və ispan futbolçu Dani Kintananın 1 milyon avro qiyməti var.
 

Futbolçu (klub)

Dəyəri (avro)

1.

Pedro Enrike (Qarabağ)

3.000.000

2.

Riçard Almeyda (Qarabağ)

1.500.000

3-4.

Anton Kanibolotski (Qarabağ

1.000.000

Dani Kintana (Qarabağ

1.000.000

5-6.

Miçel (Qarabağ)

900.000

Vitali Vernidub (Qəbələ)

900.000

7-9.

İbrahim Şehiç (Qarabağ)

800.000

Vild Donald Gerye (Qarabağ)

800.000

Filip Ozobiç (Qəbələ)

800.000

10-14.

Yakub Rejniçak (Qarabağ)

700.000

Bədavi Hüseynov (Qarabağ)

700.000

Voyislav Stankoviç (Qəbələ)

700.000

Dion Malone (Qəbələ)

700.000

Stiven Jozef-Monroz (Qəbələ)

700.000

15.

Dmitri Bezotosnı (Qəbələ)

650.000

16-17.

Kiril Petrov (Neftçi)

600.000

Yosep Bum (Zirə)

600.000

18-22.

Ramil Şeydayev (Qarabağ)

500.000

Qara Qarayev (Qarabağ)

500.000

Maksim Medvedev (Qarabağ)

500.000

Famussa Kone (Qəbələ)

500.000

Faruk Miya (Səbail)

500.000