Xəbər lenti

Azərbaycan nefti ucuzlaşdı
Ekonomiks 23:59 13.03.2018

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 66,05 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,56 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 65,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 12-də 60,82 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,65 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 12-də 64,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,89 dollar/barel azdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->