Dünya 13:02 16.03.2018

İranda zəlzələ olub

İranın Kirman əyalətindəki Raver şəhərində 4,9 bal gücündə zəlzələ meydana gəlib.

Qaynarinfo xəbər verir ki, yerin 22 km dərinliyində baş verən zəlzələ barədə Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji mərkəzi açıqlama verib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur. 

Gülşən