CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 29-da 70,03 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,83 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 29-da 69,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,82 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 29-da 65,27 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,78 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 29-da 67,32 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,83 dollar/barel azdır.
Şərhlər