Ekonomiks 22:45 16.04.2018

Azərbaycanda bu məhsullar bahalaşdı

Aprelin 16-da Azərbaycanda əsas qiymətli metalların qiyməti dəyişib.

Trend-in məlumatına görə, qızılın qiyməti aprelin 13-ü ilə müqayisədə 9,9705 manat artaraq 1 troy unsiyası üçün 2288,353 manat təşkil edib.

Gümüş 0,2108 manat bahalaşaraq 1 unsiya üçün 28,3104 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 2,0825 manat azalaraq 1580,15 manat, palladiumun qiyməti 32,5635 manat artaraq 1681,9885 manat təşkil edib.