Ölkə 16:38 17.05.2018

Prezident icra başçısını işdən çıxartdı (YENİLƏNİB)

Prezident İlham Əliyev Xaləddin İsgəndərovun Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Xaləddin Şahmar oğlu İsgəndərov Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

*** 15.39

Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov işindən azad edilib.
 
Qaynarinfo xəbər verir ki, azxeber.com-un əldə etdiyi özəl məlumata görə, bu haqda sərəncam yaxın saatlarda elan olunacaq.
 
Qeyd edək ki, Xaləddin İsgəndərov keçmiş Vergilər Naziri Fazil Məmmədovun qudasıdır.