Ekonomiks 23:59 29.05.2018

Bu məhsulların qiyməti ucuzlaşdı

Mayın 29-da Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, qızılın qiyməti mayın 25-i ilə müqayisədə 7,7095 manat azalaraq 1 troy unsiyası üçün 2206,583 manat təşkil edib.

Gümüş 0,2626 manat ucuzlaşaraq 1 unsiya üçün 27,9821 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 8,636 manat azalaraq 1540,438, palladiumun qiyməti 10,2425 manat artaraq 1674,7465 manat təşkil edib.