Sağlamlıq 16:45 01.06.2018

Diş ağrısından xilas olmağın yolları

Ramazan ayında oruc tutanlara diş ağrılarından xilas olmağın yollarını təqdim edirik.

Qaynarinfo bildirir ki, diş fırçalamaq çürüyə toplanmış və ağrıya səbəb olan qidaları uzaqlaşdırmağa yardım edir. Dişlərin diş ipi ilə təmizlənməsi və fırçalanma sı ağrının azalmasına səbəb olur.

Sirkəli su və duzlu su qarqarası diş ağrılarını qismən uyuşdurur. Dişi bakteriyalardan təmizləyir və şişkinlikləri azaldır.

Diş həkimizin məsləhəti ilə ağrıkəsici qəbul etmək ağrıları qısa müddət üçün azaldacaq.

Dişə aspirin, alkoqol əvəzinə mixək yağı qoymaq lazımdır. Mixək yağı və ya quru mixək infeksionu müalicə edir.

Ağrıyan diş bölgəsinə soyuq və ya isti kompres qoymaq ağrını qısa müddətə azaldır.