Ölkə 22:35 06.06.2018

Ramazan ayının 22-ci gününün duası: İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 22-ci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:20-də, iftar isə saat 20:25-dədir.

Ramazan ayının 22-ci gününün duası:

"Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin”.

Tərcüməsi:

"İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!”

Allah orucunuzu qəbul etsin!