Ölkə 13:15 08.06.2018

Prezident deputatla bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev deputat İmamverdi İsmayılovun təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İmamverdi İbiş oğlu İsmayılov "Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, iyunun 10-da İmamverdi İsmayılovun 60 yaşı tamam olur. O, 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olub.

1995-ci ildən Milli Məclisin deputatıdı. 

Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.