Ölkə 18:13 11.06.2018

İlham Əliyevdən yeni təyinatlar (SƏRƏNCAM)

Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, sərəncamla Arif Əhməd oğlu Məmmədov agentliyin direktoru təyin olunub. 

Prezident başqa bir sərəncamla Qüdrət Qəmbər oğlu Qurbanovu Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru təyin edib.