Ölkə 20:00 11.06.2018

Yay Azərbaycana nə vaxt gələcək?

Bu il yay fəslinin Azərbaycana nə vaxt gələcəyi məlum olub.

Qaynarinfo  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirir ki, yay fəsli iyunun 21-i, Bakı vaxtı ilə saat 14:07-də Azərbaycana gələcək.

Payızın Azərbaycana gəlişi sentyabrın 23-ü, Bakı vaxtı ilə saat 05:54-də, qış fəslinin başlanması isə dekabrın 22-si, Bakı vaxtı ilə saat 02:22-də baş verəcək.