Video 17:06 06.10.2018

Bakı metrosunda qatarlar üz-üzə gəldi (AÇIQLAMA/VİDEO/YENİLƏNİB)

Xəbər verdiyimiz kimi,  Bakı metrosunda qorxulu anlar yaşanıb. Metronun Qara Qarayev stansiyasında iki qatar üz-üzə gəlib.

"Bakı Metropoliteninin" mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hadisə ilkə bağlı unikal.org-a açıqlama verib: 

"Hadisə dünən saat 13:15 radəlində baş verib. Qatar Qara Qarayev stansiyasında hərəkətə gəlib. Qatar tunelə daxil olan zaman texniki nasazlıq yaranıb. Arxadan gələn qatarın maşinistinə icazə verilib ki, idarə etdiyi qatarın bir hissəsini stansiyaya daxil etsin. Bunun da səbəbi qarşıdakı qatarın maşinistinə kömək edib texniki nasazlığı aradan qaldırmaq olub. 7-8 dəqiqə ərzində problem aradan qaldırılıb. Daha sonra hər iki qatar öz marşutu üzrə hərəkətə gəlib. Nasazq olan qatar depoya texniki baxışa göndərilib"

***16.25

Bakı metrosunda qorxulu anlar yaşanıb.

Qaynarinfo goldnews.az-a istinadən xəbər verir ki, metronun Qara Qarayev stansiyasında iki qatar üz-üzə gəlib.

"Dərnəgül” istiqamətində gedən qatarın qarşısına əks tərəfə istiqamət edən qatar çıxıb. Toqquşma baş verməyib. 

Həmin görüntüləri təqdim edirik: