Sənət 18:45 16.10.2018

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Prezident İlham Əliyev fəxri adların və medalların verilməsi haqqında sərəncamlar imzalayıb.

Qaynarinfo sərəncamları təqdim edir:

Sumqayıt Dövlət Dram Teatrı əməkdaşlarının "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif edilsinlər:

Cəfərova Rüxsarə Əliağa qızı
Xanlarov Habil Tehran oğlu
Qurbanova Vəfa Əli qızı
Məmmədov Vidadi Mansur oğlu
Məmmədova Mayə Əliağa qızı
Mirzəyev Akif Əziz oğlu
Müzəffərov Arif Valeh oğlu

X.N.Gəncəliyə "Əməkdar artist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Xəzər Novruz oğlu Gəncəliyə "Əməkdar artist” fəxri adı verilsin.

Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Abbasov Zülfüqar Qulu oğlu
Mirabov Akif Əhməd oğlu

Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif edilsinlər:

Əliyeva Afət Məmməd qızı
Həşimov Rafael Zeynal oğlu
İbrahimli Qabil Mahmud oğlu
İmamverdiyev Yusif İmamverdi oğlu
Quliyev Aydın Baloğlan oğlu

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif edilsinlər:

Hüseynov Tofiq Həsən oğlu
Muradov Allahyar Niyaz oğlu

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Əliyev Tərbiz Nəsib oğlu
İmanov Nazim Müzəffər oğlu
Musayev Akif Fərhad oğlu
Sultanova Rəna Polad qızı
Yüzbaşıyeva Gülşən Zahid qızı