Ölkə 22:05 23.10.2018

Qarabağda erməni əsgəri yaralandı

Bu gün Qarabağda işğalçı erməni ordusunun əsgəri güllə yarası alıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə müdafiə qurumunun mətbuat xidməti xəbər yayıb.

"Saat 12 radələrində cənub-şərq istiqamətindəki hissələrdən birinin döyüş postunda 1999 təvəllüdlü əsgər Ayk Sarkisyan güllə yarası alıb", - deyə xəbərdə bildirilir.

Yaralı hospitala çatdırılıb.