Ölkə 10:48 15.11.2018

Tanınmış jurnalistə vəzifə verildi

Tanınmış jurnalist Rasim Şərifova "ARB 24" televiziyasında vəzifə verilib.

Qaynarinfo Unikal.org-a istinadən xəbər verir ki, Rasim Şərifov televiziyanın İqtisadiyyat departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Rasim Şərifov İqtisad Universitetində marketinq və kommunikasiya departamentinin direktoru olub. "Lider TV”də yayımlanan "Economics” verilişinin aparıcısı və rəhbəri vəzifələrində çalışıb.