Ölkə 14:51 06.12.2018

Fazil Məmmədovdan xəbər var

Sabiq vergilər naziri Fazil Məmmədov səhhəti normallaşıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə modern.az-a Gəncədəki mənbə məlumat verib.

F.Məmmədovun Gəncə Beynəlxalq Hospitalında reabilitasiya keçdiyi, səhhətinin gündən-günə daha da yaxşılaşdığı bildirilib:

"Vəziyyəti stabildir, gəzir, istirahət edir. Fazil Məmmədov artıq çətin günləri arxada qoyub”.

Qeyd edək ki, uzun müddətdir Türkiyədəki "Amerikan Hastahanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədov noyabrın 16-sı Azərbaycana qayıdıb. Elə həmin gün Gəncə Beynəlxalq Hospitalına yatırılıb.

Sabiq nazirin qış aylarında Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında olacağı bildirilir.

Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınmışdı. F.Məmmədov 2018-ci ilin iyununda Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O "American Hastahanesi”nin professorları Orhan BilgeMustafa Keremin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Sabiq nazir Türkiyədə olarkən, səhhətinin nisbətən stabilləşdiyi dövrlərdə məşhur "Çırağan Palace”da da dincəlib.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!