Ölkə 15:05 14.12.2018

Dövlət komitəsində yeni təyinat

İKT üzrə mütəxəssisi​ Cahid İsmayıloğlu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyaları və təchizat sektorunun müdiri təyin olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

"Diaspor quruculuğu istiqamətində məsuliyyətli işdə göstərilən etimadı doğrultmaq əsas vəzifəm olacaq" - C.İsmayıloğlu bildirib.