İKT üzrə mütəxəssisi Cahid İsmayıloğlu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyaları və təchizat sektorunun müdiri təyin olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə o özü məlumat yayıb.
"Diaspor quruculuğu istiqamətində məsuliyyətli işdə göstərilən etimadı doğrultmaq əsas vəzifəm olacaq" - C.İsmayıloğlu bildirib.
Şərhlər