Ölkə 20:35 14.12.2018

AMEA-da yeni təyinatlar

Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkə başçısı İlham Əliyevin sərəncamlarına əsasən AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyləri münasibətilə təltif olunmuş əməkdaşlara mükafatları təqdim edib.

Sonda kadr məsələlərinə baxılıb. Rzaqulu Hacıyev AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova isə AMEA Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.