Dünya 14:30 18.12.2018

Ruhani Türkiyəyə gedir

İran prezidenti Həsən Ruhani Türkiyəyə səfər edəcək.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ruhani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Ankaraya yollanacaq. İran prezidentini ölkənin yüksək rütbəli şəxsləri müşayiət edəcək.

Qeyd edək ki, Ruhani və Ərdoğan iki ölkə arasındakı ticarət həcminin 30 milyard dollara yüksəldilməsi məsələsini müzakirə edəcək, iqtisadi, mədəni və siyasi sahələrdə müxtəlif razılaşmalar imzalanacaq.

Gülşən