Dünya 10:07 01.02.2019

ABŞ Rusiya ilə imzalanmış nüvə sazişindən imtina edir

ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələri Razılaşmasından imtina edəcəyi iddia edilib.

Qaynarinfo xəbər verir ki, müqavilə 1987-ci ildə Rusiya ilə imzalanıb və mənzili 500-1500 km olan və qurudan havaya atılan orta mənzilli raketlərin qadağan edilməsini nəzərdə tutur. 

ABŞ dövlət katibi Mayk Pompeonun məsələ ilə bağlı açıqlama verməsi gözlənilir. Ağ Ev tərəfindən rəsmi Kremlinə verilən müddət bu gün yekunlaşır. Əgər ABŞ müqavilədən imtina etsə, rəsmi olaraq 6 ay sonra razılaşmadan çıxacaq.

Qeyd edək ki, Orta Mənzilli Nüvə Qüvvələri Razılaşmasının ləğvi silahlanma prosesinin sürətlənmə ilə nəticələnə bilər.

Gülşən