Dünya 15:12 18.02.2019

Türkiyə ordusu şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin 1 hərbçisi şəhid olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir:

"Zeytun budağı hərəkat bölgəsində davam edən hərbi əməliyyatlar zamanı 18 fevral 2019-cu il tarixdə bir qəhrəman silah yoldaşımız şəhid olub. Bizləri dərin acı və kədərə boğan bu hadisədə həyatını itirən əziz şəhidiizə Allahdan rəhmət, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və böyük türk millətinə başsağlığı və səbr diləyirik".