Sənət 15:43 13.03.2019

Xalq artisti əməliyyat olundu

Xalq artisti, bəstəkar Tofiq Bakıxanov bu gün sol gözündən əməliyyat olunub. 

Bəstəkarın gözlərini əməliyyat edən Paşa Qəlbinurun lent.az-a dediyinə görə, bəstəkarın sağ gözünü hələ bir-neçə ay əvvəl əməliyyat edib:

"Hər iki gözündə problem vardı, həm də bir deyil, bir neçə xəstəlik aşkar etmişdik. Sağ gözü əməliyyat elədik, görməsi bərpa olundu. Bəstəkarın yaşı çox olduğu üçün sol gözünün əməliyyatı üçün bir qədər zaman tələb olunurdu. Sol gözünün indi əməliyyat etdik, şükür vəziyyəti yaxşıdır, gözləri cavan oğlan gözləri qədər işıqlıdır”.