Dünya 15:40 25.03.2019

Məşhur rok ifaçısı vəfat etdi

Böyük Britaniya əsilli, amerikalı rok ifaçısı, şair, bəstəkar, musiqi prodüseri Skott Volker 76 yaşında vəfat edib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu barədə " 4AD Records" şirkəti məlumat yayıb. 

Skott Volker 1960-cı illərdə "The Walker Brothers" qrupundakı fəaliyyəti ilə şöhrət qazanıb. "The Sun Ain't Gonna Shine Anymore", "Make It Easy On Yourself", "My Ship Is Coming In" mahnıları xüsusilə məşhurlaşmışdı. Qrup 1967-ci ildə dağılandan sonra solo fəaliyyətə başlayan Volker "Scott" (1967), "Scott 2" (1968) and "Scott 3" (1969) albomlarını çıxarıb və böyük uğur əldə edib. O, sonuncu dəfə 2018-ci ildə istehsal edilmiş "Vox Lux" filminin "soundtrack"ini yazıb.

Gülşən