Ölkə 20:10 25.03.2019

Köməksiz qalan 3 azyaşlı xilas edildi

Köməksiz vəziyyətdə qalan 3 az yaşlı xilas edilib.

Qaynarinfo xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda ikisi azyaşlı olmaqla 3 nəfər qapının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. 

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.