Dünya 13:48 09.04.2019

Əfqanıstanda 3 ABŞ əsgəri öldürüldü

ABŞ-ın 3 əsgəri Əfqanıstanda həlak olub.

Qaynarinfo xəbər verir ki, NATO tərkibində xidmət edən amerikalı əsgərlər ötən gün Bagram Hərbi Bazasının yaxınlığında hücum hədəfinə çevrilib. Hadisə zamanı 1 tank yararsız hala düşüb.

Hücumu Taliban terror təşkilatı öz üzərinə götürüb.

Gülşən