Ölkə 17:26 12.04.2019

Ramil Usubovdan yeni təyinat

Şəmkir rayon Polis şöbəsində yeni təyinat olub. 

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru İldırım Alıyev Şəmkir rayon Polis şöbəsinin şəxsi heyət üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, İ.Alıyev bundan əvvəl Ağcabədi rayon Polis şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi olub və bir müddət əvvəl vəzifəsindən azad edilib.