Xəbər lenti

Azərbaycan nefti ucuzlaşdı
Ekonomiks 23:52 12.04.2019

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 73,73 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,25 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,28 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,31 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,2 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel azdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->