Dünya 11:18 13.04.2019

Putin və Medvedevin gəlirləri açıqlandı

2018-ci ildə Rusiya prezidenti Vladimir Putinin gəliri 8,65 milyon rubl təşkil edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilən gəlirlərin deklarasiyasında bildirilir.

Belə ki, məlumatda Rusiya prezidentinin mülkiyyətində iki mənzili (77 kvadrat metr və 153,7 kvadrat metr) və iki qarajı olduğu bildirilir. Dövlət başçısının QAZ-M2 və "Niva” avtomobilləri var.

Rusiyanın baş naziri Dmitri Medvedevin gəliri isə Putinin qazancından 1,3 milyon rubl azdır. Dmitri Medvedevin 47 sot torpaq sahəsi, mülkiyyətində isə sahəsi 367,8 kvadrat metr olan mənzil və iki avtomobil – QAZ-20 və QAZ-21 var.