İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Departamentdən Qaynarinfo-ya bildirilib ki, Böyük və Kiçik Qafqaza səyahət edənləri arabir yağışlı, dağlıq ərazilərdə qarlı hava şəraiti gözləyir. Yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 21-də gündüz saatlarında yağışda fasilə olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 10-14, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin yağışlı olacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 21-də gündüz bəzi yerlərdə yağışda fasilə olacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 9-13 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, aprelin 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanınmaksimaltemperaturu 10-15 dərəcə isti, aprelin 21-də 18 dərəcəyədəkistitəşkiledəcək.

Naxçıvan MR-da şimşək çaxacağı, arabir yağış yağacağı, aprelin 21-də gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, aprelin 21-də əsasən yağmursuz keçəcəyi gözlənilir.Arabir güclənən şimal-qərb küləyi aprelin 21-də gündüz mülayimləşəcək. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR