Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-da 75,55 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,02 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,14 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,84 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 72,45 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel çoxdur.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR